Ölkə futbolu
“Herta” “Qəbələ”yə rəqib oldu
“Qəbələ”nin UEFA Gənclər Liqasının Çempionla…
“Qəbələ”nin UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsindəki rəqibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 1-ci mərhələdə Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdıraraq Azərbaycan futbolu tarixində ilkə imza atan “qırmızı-qaralar” Almaniya “Herta”sı ilə üz-üzə gələcək.
Belə ki, Almaniya millisinin sabiq futbolçusu Mihael Hartmannın baş məşqçisi olduğu Berlin klubu Polşa təmsilçisi “Lex”i üstələyib. 3 həftə öncə öz meydanında 2:0 hesabı ilə qalib gələn U-19 Bundesliqanın çempionu səfərdə də qələbə qazanıb – 3:2. Almaniya təmsilçisinin heyətində Cessik Nqankam iki, Julian Albrext bir qola imza atıb.
2-ci mərhələnin oyunları noyabrın 7-də və 28-də baş tutacaq. “Qəbələ” ilk oyunu evdə, cavab matçını “Herta”nın meydanında keçirəcək.