Layihə
GÜNÜN XATIRLATMASI: Artım mümkündü, amma…
Topaz Premyer Liqası 2 mövsümdü 8 komandanın iştirak…
Topaz Premyer Liqası 2 mövsümdü 8 komandanın iştirakı ilə davam edir. İqtisadi böhran üzündən komanda sayını artırmağın mümkünsüzlüyünü bildirən AFFA həm də iş adamlarının bu sektora gəlməsində maraqlı deyil.
Çempionat faktiki Bakı birinciliyinə çevrilib, “Qəbələ” istisna olmaqla, bütün komandalar Abşeron yarımadasında məskunlaşıb. Onların da əksəriyyəti bir ələ baxan şura komandalarıdı. AFFA-an ayrılan müxtəlif büdcələrlə dolanan bu komandaların varlığı assosiasiyaya sədaqətlərindən asılıdı.
Amma istənilən halda, mövsümün sonunda onlardan biri elitanı tərk etməlidi. Sonuncu pilənin sahibinin diviziona düşəcəyi və güzəşt görməyəcəyi gözlənilir. Aşağı liqada da komandaların əksəriyyəti AFFA-nın yardımı ilə yaşayır və onlardan biri gedəni əvəzləyəcək. İndidən bəzi planlar cızılır, divizion komandaların lisenziya qaydalarına əməl etməsi baxımından yardım edilməsi planlaşdırılır. Diviziondan elə komanda gəlməlidi ki, müstəqillərlə say fərqinə təsir etsin.
Gələn mövsüm Premyer Liqada komanda sayında artım da mümkündü. Lakin bu da sonuncu pilləni tutanın gedişinə təsir göstərməyəcək, onu 3 yeni klub əvəz edəcək. Yalnız “Sumqayıt və ya “Səbail” sonuncu pilləni tutacağı təqdirdə planlarda dəyişiklik ola bilər.