Premyer-liqa
“Neftçi” azarkeş dəstəyi ilə məşq keçdi
“Neftçi” Topaz Premyer Liqasının 9-cu turunda qar…
“Neftçi” Topaz Premyer Liqasının 9-cu turunda qarşılaşacağı "Qarabağ”la oyuna hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün doğma bazada növbəti məşqə çıxıb.
Məşqdə zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak edib. Mərkəzə gələn azarkeşlər "Qarabağ”la oyun ərəfəsində komanda üzvlərinə dəstək veriblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, oktyabrın 28-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Qarabağ” oyununa saat 17:00-da start veriləcək.