Layihə
GÜNÜN XATIRLATMASI: 11 oğul istərəm…
AFFA İcraiyyə Komitəsi 11 üzvdən ibarətdi. Qurumun prezident…
AFFA İcraiyyə Komitəsi 11 üzvdən ibarətdi. Qurumun prezidentinin birbaşa üzv olduğu komitədə yer alanlar konfransda seçilir.
Hazırda İK-da 4 futbol veteran təmsil olunur. İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıqov və Qurban Qurbanov ayağı top görmüş insanlardı.
Elşad Nəsirov və Rauf Əliyev həm də AFFA-nın vitse-prezidentləridi. Mahir Məmmədov, Zaur Axundov, Firudin Qurbanov və Elmar Məmmədyarovdan yalnız sonuncunun futbol təsərrüfatında hansısa vəzifəsi yoxdu.
Futbol komandalarının da meydana 11 nəfərlə çıxdığını nəzərə alsaq, bu heyətin start fitini gözlədiyini söyləmək olar…