Milli komanda
Yığmamız Çexiyaya da uduzdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu g…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, milli komanda Çexiya yığması ilə qarşılaşıb.
Azərbaycan millisi ilk oyunda Norveçə 1:4 hesabı ilə məğlub olmuşdu. Çexiya isə Albaniyanı 6:0 hesabıyla üstələmişdi.
Millimiz də çexlərlə bacarmayıb. Komandamız meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.
Qrupun bütün oyunları Albaniyada keçirilir.
AÇ-nin seçmə mərhələsi
8-ci qrup, 2-ci tur
26 oktyabr
Çexiya – Azərbaycan 2:0
Qollar: Vaytex Voyatske, 9. Adam Hlozek, 88.
Baş hakim: Boris Marefka (Slovakiya).
Baş hakimin köməkçiləri: Tomaş Vorel (Slovakiya), Elis Pulaj (Albaniya).
Dördüncü hakim: Florian Lata (Albaniya).
Luşnya. “Roza Haciu” stadionu.
Çexiya: 1. Adam Stejskal, 3. Yan Hellebrand, 4. Petr Kurka, 5. Tomas Hajek, 6. Lukas Hronik (14. Filip Gedeon, 56), 8. Vaytex Voyatske (7. David Pech, 77), 9. Antonin Svoboda, 10. Adam Hlozek (k), 12. Stepan Stary, 18 Jozef Kazeluh (13. Frantisek Matys, 46), 20. Lukas Vorlicky
(2. Adam Ritter, 88).
Ehtiyat oyunçular: 16. Horniçek, 11. Jachym Sip, 15. Novaçek, 17. Filip Silhart, 19. Vaclav Sejk.
Baş məşqçi: Vaclav Kotal.
Azərbaycan: 22. Rüstəm Samiqullin, 2. Nika Baçalaşvili (17. Şirin Şirinov, 73), 4. Rüfət Əhmədov (18. Camal Cəfərov, 85), 5. Nazim Həsənzadə, 6. Nemət Musayev, 7. Rauf Məhərrəmov (11. Cavidan Abbaszadə, 65), 8. Fərid Yusifli, 9. Musa Qurbanlı, 10. Veysəl Rzayev (k), 14. Nemət Şıxəmirov, 20. Ruslan Qabayev.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 12. Eldar Tağızadə, 13. İbrahim Novruzov, 15. Fərid Muxtarov, 19. Samir Abdullayev.
Baş məşqçi: Ramin Quliyev.