Dünya futbolu
ÇL-də həftənin ən yaxşı futbolçusu məlum oldu
Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yax…
Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.
Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, 3-cü turun oyunlarından sonra bu ada “Roma”nın bosniya və herseqovinalı hücumçusu Edin Dzeko layiq görülüb.
Dzeko azarkeşlərin səsverməsinə əsasən, Məhəmməd Salah (“Liverpul”, İngiltərə), David Silva (“Mançester Siti”, İngiltərə) və Aşraf Hakimini (“Borussiya” Dortmund, Almaniya) geridə qoyub.
Dzeko Çempionlar Liqasının 3-cü turunda İtaliyada ÇSKA-nı (Moskva) 3:0 hesabı ilə məğlub etdikləri oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.