Milli komanda
Millimizin üzvü “Astana” ilə ölkə çempionu oldu
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçis…
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda Qazaxıstanın “Astana” klubunun heyətində ölkə çempionu olub.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi buna Premyer Liqanın 31-ci turunda oyuna çıxmadan – ən yaxın izləyicisi “Kayrat”ın “İrtış”a 0:1 hesablı məğlubiyyətindən sonra nail olub.
Bununla da "Astana" çempionatın sonuna 4 oyununun qalmasına baxmayaraq, ən yaxın rəqibi üçün əlçatmaz olub. Sabah "Tobol"un qonağı olacaq astanalılar ardıcıl 5-ci dəfə ölkə çempionu olaraq, rekorda imza atıb. Belə ki, əvvəllər Qazaxıstanda heç bir klub dalbadal 5 dəfə qızıl medal qazana bilməyib. Bununla yanaşı, "Astana" titul sayında "İrtış" və "Aktobe"yə çatıb.
Qeyd edək ki, Almeyda Qazaxıstan klubuna yayda "Qarabağ"dan keçib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”