Dünya futbolu
Dmitri Nazarov oynadı, komandası qalib gəldi
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları…
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Nazarov da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 66-cı dəqiqəsində meydana buraxılıb. Komandası da qələbə qolunu məhz Dmitri meydana çıxan kimi, 66-cı dəqiqədə vurub.
“Ersgebirge” hazırda 14 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”