Premyer-liqa
Abasov: “Azarkeşlərdən səbrli olmalarını xahiş edirəm”
“Zirə”nin baş məşqçisi Samir Abasov Premyer Liq…
“Zirə”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 9-cu turunda “Sabah”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Futbolinfo.az xəbər verir ki, Abasov 1:1 hesabıyla uduzduqları oyunu belə şərh edib:
– Təəssüflənirik. Müdafiəçilərimizin səhvindən qorxurduq, o da oldu. Bu cür müdafiəsi olan komanda bəxtdən danışmalı deyil. Rəqiblər narahat olmasın, onlara qələbəni biz verəcəyik. Son oyunda çoxlu epizodlarımız oldu. Bu gün də epizodlarımız oldu. Rəqibə qarşı düzgün təzyiqlər etdik. Ancaq müdafiəmiz futbola yaraşmayan hərəkətlər edir. 2 oyundu ki, sırf müdafiənin səhvindən məğlub oluruq. Yeganə xoş hal odu ki, qol epizodlarımızı hər oyunda daha çox artırırıq. Müdafiəçilərin bu səhvi çox üzücüdü. Deyəcək sözüm yoxdu.
– Hesab bərabərləşəndən sonra komanda tam olaraq hücuma getdi, sanki öz meydanınızda oynayırdız. Bu sizin tapşırığınız idi? Ya futbolçularınız özü qabağa gedir?
– Hücum qurmaqda çətinlik çəkirdik. İlkin Muradov oyunumuzu aparan yeganə futbolçu idi. Düzgün təzyiqlər edirdik, ancaq topu çıxaranda da, ən azı bilməlisən hansı zonaya çıxarırsan. Çox üzülürəm bu oyuna görə. Azarkeşlərdən səbrli olmalarını xahiş edirəm. Rəhbərlik də "Zirə"nin yaxşı olmasını istəyir. Alınmasa, "Zirə"nin yaxşı olması naminə, mən də, rəhbərlik də qərarlar verəcəyik. Söz verirəm ki, dəyişikliklər olandan sonra komandamız layiq olduğu yerdə olacaq. (komanda.az)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”