Premyer-liqa
“Neftçi” “Qarabağ”la matça hazırlığı başa vurdu
“Neftçi” Topaz Premyer Liqasının 9-cu turunda qar…
“Neftçi” Topaz Premyer Liqasının 9-cu turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını başa vurub.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün öz bazasında oyun öncəsi son məşqə çıxıb. Məşqdə Ruslan Abışovdan və yüngül zədəsi olan Qoran Paratskidən başqa bütün futbolçular iştirak ediblər.
Xatırladaq ki, oktyabrın 28-də 8-ci km stadionunda baş tutacaq "Neftçi” – "Qarabağ” matçı saat 17:00-da start götürəcək.
Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN olan oyun biletlərini matçın keçiriləcəyi arenanın kassalarından əldə etmək mümkündü. Görüşdən əvvəl azarkeşlər üçün təşkil olunacaq fan-zonanın bütün təkliflərindən yararlanmaq üçün oyuna iki saat qalmış stadionda olmaq lazımdı.