Premyer-liqa
“Dalğa Arena”da qalmaqal: “Qəbələ”nin 2 futbolçusu qovuldu
Topaz Premyer Liqasının 9-cu turunun “Sumqayıt” – &ldqu…
Topaz Premyer Liqasının 9-cu turunun “Sumqayıt” – “Qəbələ” matçının son dəqiqələri çox gərgin keçib.
Futbolinfo.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan matçın 90+1-ci dəqiqəsində “Qəbələ”nin cərimə meydançasında iki komandanın futbolçuları arasında kütləvi dava baş verib. Baş hakim Orxan Məmmədov həmin epizodda dalaşan futbolçuları ayırmağa çalışan qonaqların müdafiəçisi Bəhlul Mustafazadəyə qırmızı vərəqə göstərərək onu meydandan qovub.
Bundan cəmi bir neçə dəqiqə sonra isə qarşılaşmanın baş hakimi “Qəbələ”nin ehtiyat oyunçular skamyasında əyləşən Rauf Əliyevə də qırmızı vərəqə göstərib. Matça start heyətdə çıxsa da, həmin vaxt artıq əvəzlənmiş olan forvard hakim qərarlarına etiraza görə cəzalanıb.
Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” matçı heç-heçə yekunlaşıb – 2:2.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”