Dünya futbolu
Vüqar Əsgərovdan dubl, komandasından darmadağın
Futbol üzrə Latviya Birinci Liqasında 23-cü turun oyunlar?…
Futbol üzrə Latviya Birinci Liqasında 23-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Çempionatın ilkin mərhələsini lider kimi başa vuran sözügedən klub indi elitaya çıxmaq üçün ilk “dördlük”də yer alan digər üç klubla final mərhələsində mübarizə aparır. “Dauqavpils”in bu mərhələdəki ilk rəqibi “dördlüy”ün sonuncusu “Rejeknes” olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.
Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.
Komandasının bu oyunda vurduğu qollardan ikisinə də Vüqar imza atıb. O, 47 və 72-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 30-a çatdırıb.
“Dauqavpils” 23 turdan sonra 61 xalla birinci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı