Premyer-liqa
Braliç: “Göstərdik ki, yaxşı oynayıb, nəticə qazana bilirik”
“Neftçi”nin müdafiəçisi Slavko Brali&c…
“Neftçi”nin müdafiəçisi Slavko Braliç Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, klub saytına açıqlamasında oyun haqda danışan xorvatiyalı futbolçu ona göstərdiyi etimada görə baş məşqçiyə təşəkkür edib:
“Çox çətin oyun oldu. 90 dəqiqə diqqətli oynadıq. Ən çətini də elə diqqətini oyuna cəmləmək idi. Çünki rəqibin güclü heyəti var. Bu gün göstərdik ki, yaxşı oynayıb, nəticə qazana bilirik. Mənə gəlincə, mövsümün əvvəlində əsas heyətdə mütəmadi olaraq oynamırdım. Amma artıq baş məşqçi bu mövqeni mənə də etibar edir. Bu etimada görə ona təşəkkür edirəm. Çalışacağam ki, baş məşqçinin etimadını həmişə doğruldum”.