Dünya futbolu
Erat “Borussiya”ya qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 15-ci …
Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 15-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Dortmund “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Eratın komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Tuğrul 89-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ştralen” geridə qalan turlarda 20 xal toplayıb və 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”