Milli komanda
Azərbaycan Albaniyaya da məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avro…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, millimiz Albaniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Azərbaycan yığması əvvəlki iki oyunda Norveçə və Çexiyaya uduzmuşdu.
Qrup oyunlarına ev sahibliyi edən Albaniya ilə oyun da millimiz üçün uğursuz alınıb. 34-cü dəqiqədə Nemət Şıxəmirovun qırmızı vərəqə alması azmış kimi, 44-cü dəqiqədə də yığmamızın qapısına penalti təyin olunub. Bu şansdan maksimum yararlanan albanlar minimal hesablı qələbəyə seviniblər.
Qrupun digər oyununda isə Çexiya Norveçi minimal hesabla üstələyərək, maksimum nəticəyə imza atıb.
AÇ-nin seçmə mərhələsi
8-ci qrup, 3-cü tur
29 oktyabr
Albaniya – Azərbaycan 1:0
Qol: Mario Mitay, 44-pen.
Qırmızı vərəqə: Nemət Şıxəmirov, 34. Nemət Musayev, 90+4. Rauf Məhərrəmov, 90+4.
Baş hakim: Boris Marefka (Slovakiya)
Baş hakimin köməkçiləri: Tomaş Vorel (Slovakiya), Sreten Udoviçiç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Admir Şehoviç (Bosniya və Herseqovina).
Albaniya: 1. Fatmir Ceka (k), 6. Armelo Doda, 8. Henri Sulovari (9. Enea Kotrri, 54), 10. Andri Stafa (7. Aleksandro Arapi, 47), 11. Mario Mitaj, 13. Albert Rachi (3. Safet Zaimi, 47), 14. Marcelino Preka, 15. Armand Kuqi (4. Diellor Biseni, 73), 16. Laert Papa (20. Lion Cahani, 46), 17. Usni İsmaili, 19. Elmando Gjini.
Ehtiyat oyunçular: 12. Enis Ujkaj, 5. Nikolas Smajlaj, 18. Petro Memushaj.
Baş məşqçi: Dzemai Mustedanagic.
Azərbaycan: 22. Rüstəm Samiqullin, 2. Nika Baçalaşvili, 5. Nazim Həsənzadə (8. Fərid Yusifli, 67), 6. Nemət Musayev, 7. Rauf Məhərrəmov, 10. Veysəl Rzayev (k), 11. Cavidan Abbaszadə (17. Şirin Şirinov, 66), 14. Nemət Şıxəmirov, 18. Camal Cəfərov, 19. Samir Abdullayev (4. Rüfət Əhmədov, 36), 20. Ruslan Qabayev.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 12. Eldar Tağızadə, 13. İbrahim Novruzov, 15. Fərid Muxtarov.
Baş məşqçi: Ramin Quliyev
Çexiya – 9, Norveç – 6, Albaniya – 3, Azərbaycan – 0.