Dünya futbolu
“Qarabağ”ın rəqibi ciddi itki ilə üzləşdi
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan ?…
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi Hektor Bellerin Premyer Liqanın 10-cu turunda "Kristal Pelas"la keçirilən oyunda zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İlk hissənin sonlarında zədələnən Bellerin ikinci yarıda görüşü davam etdirə bilməyib. 23 yaşlı futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağına tibbi müayinədən sonra aydınlıq gələcək.
“Kristal Pelas” – “Arsenal” oyunu 2:2 hesablı heç-heçə ilə bitib.
“Arsenal” Avroliqada E qrupunda “Qarabağ”, “Sportinq” və “Vorskla” klubları ilə mübarizə aparır. Bakı Olimpiya Stadionunda “Arsenal”la “Qarabağ” arasında keçirilən ilk görüş “topçular”ın 3:0 qələbəsi ilə başa çatıb. Komandalar arasında ikinci görüş Londonda, dekabrın 13-də keçiriləcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”