Ölkə futbolu
“Keşlə”ni “Qarabağ”la oyuna kim çıxaracaq?
Bu gün baş məşqçisi Mladen Milinkoviçi istefaya …
Bu gün baş məşqçisi Mladen Milinkoviçi istefaya göndərən “Keşlə” plana uyğun olaraq məşqlərini davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün köməkçi məşqçi Zaur İsmayılovun rəhbərliyi altında bərpa məşqinə çıxıb.
“Keşlə”ni 7-ci turdan təxirə salınmış və oktyabrın 31-nə təyin olunmuş “Qarabağ”la görüşə də Zaur İsmayılov çıxaracaq. Məşqçi korpusunda Bəxtiyar Musayev, Aleksandr Krakliç və Camaləddin Əliyev təmsil olunacaqlar.
Mladen Milinkoviçlə yanaşı klubdan heç kim getməyib. Çünki o, onsuz da Azərbaycanaca sadəcə çemodanı ilə gəlmişdi. (futbol11)