Premyer-liqa
Şəhriyar Əliyevdən rekord
Azərbaycan Premyer Liqasının 9-cu turu “Sumqayıt”ın f…
Azərbaycan Premyer Liqasının 9-cu turu “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevin dublu ilə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” ilə qarşılaşmada (2:2) qonaqların qapısına 2 dəfə yol tapan müdafiəçi bunu matçın ilk 19 dəqiqəsində gerçəkləşdirib.
Bu, son iki ildə Premyer Liqanın ən erkən dubludu. Ölkə çempionatları tarixində matçın əvvəlində belə tez 2 qol vuran sonuncu futbolçu Baqali Dabo olub. Fransalı hücumçu “Qəbələ”də çıxış etdiyi vaxt indiki klubu “Neftçi” ilə görüşün ilk 16 dəqiqəsində iki qola sevinib. Şəhriyardan 777 gün əvvəl – 2016-cı il sentyabrın 10-da keçirilən matçda ümumilikdə 3 top vuran hücumçu 8:0 hesablı qələbədə pay sahibi olub.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə