Dünya futbolu
“Milan”da ciddi itki: 2 ay olmayacaq
İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib….
İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisinin futbolçusu Mattia Kaldara zədələnib.
Bu barədə komandanın baş məşqçisi Cennaro Qattuzo “Milan” – “Sampdoriya” oyunundan sonra keçirilən mətbuat konfrasında deyib. Onun sözlərinə görə, Kaldara 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
“Milan” – “Sampdoriya” matçı ev sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Kaldara bu oyunun iştirakçısı olmayıb.
Milan klubu 24 yaşlı futbolçunu yay transfer pəncərəsi dövründə “Yuventus”dan transfer edib.