Dünya futbolu
Şeydayevə yenə də şans verilmədi
Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları ke&c…
Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Zenit”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
“Krılya Sovetov” 12 turdan sonra 11 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.