Layihə
GÜNÜN SUALI: “Keşlə” kimə tapşırılacaq?
“Keşlə” baş məşqçisini qovdu. Adı müqavi…
“Keşlə” baş məşqçisini qovdu. Adı müqaviləyə qarşılıqlı razılıqla xitam verilmək qoyulsa da, Mladen Milinkoviç başqa cür yola salındı.
Komandanın uğursuzluqlarından sonra bu vida gözlənilən idi. İndi isə serbi əvəz etmək üçün məşqçi lazımdı. Elə biri ki, “Keşlə”ni çətin durumdan çıxarsın, nəticələri yaxşılaşdırsın.
Bir neçə namizədin adı çəkilir. Tərlan Əhmədov, Arif Əsədov, Ayxan Abbasov, Şahin Diniyev kimi boşda qalan məşqçilərin hər biri potensial namizədlərdi. Hələlik komandanı növbəti oyuna Zaur İsmayılovla Bəxtiyar Musayev çıxarmalıdı. Bəlkə elə qışa kimi onlar postunda qaldı?
Suala gün ərzində cavab tapmağa çalışacağıq.