Ölkə futbolu
Bir daha sayılmayan qol haqda…
Dünən “Xəzər” TV-də efirə gedən “Futbol s…
Dünən “Xəzər” TV-də efirə gedən “Futbol saatı” verilişində millimizin Malta ilə oyunu növbəti dəfə yada salındı. Yığmamızın sayılmayan qolu müzakirə edildi və hakimin səhv qərar verildiyi sübut olundu.
“Futbolinfo” bunu oyundan dərhal sonra yazmışdı. O vaxt AFFA-ya, yayımçı kanala müraciət etsək də, görüntüləri əldə edə bilməmişdik. Hətta internet qaynaqlarında da istəyimizə cavab verən nəsə tapmamışdıq. “Xəzər”dəki dostlarımız sağ olsun, üstündən xeyli keçsə də, qolun təkrarını tapa biliblər. Qoy, səlahiyyətli şəxslər diqqətlə baxsın.