Layihə
GÜNÜN NİDASI: “ASK Arena”yla bağlı qərar yoxdu!
“ASK Arena”da təmir işlərinin nə vaxt başlayacağı b…
“ASK Arena”da təmir işlərinin nə vaxt başlayacağı bilinmir. Plan var, dəqiq tarix yox.
AFFA rəhbərliyinin yayda verdiyi açıqlamadn bəlli olmuşdu ki, assosiasiyanın xətti, SOCAR-ın sponsorluğu ilə 3 stadionun qazonu dəyişdiriləcək. Artıq Sumqayıt və Zirədə işlər yekunlaşmaq üzrədi, süni örtüklər təbii otla əvəz edilib. Lakin 3-cü kimi adı çəkilən “ASK Arena”nın sıradan çıxmış süni örtüyü hələ də futbolçuların qəsdinə durub.
Stadionun mübahisə predmeti olması üzündən qazon dəyişdirilməsi Sumqayıt və Zirədəki arenalarla eyni vaxtda start götürmədi. Məsələ uzandı və bugünədək də nəyin necə olacağını heç kim bilmir. AFFA-dan dəqiq informasiya almaq mümkün deyil, qurumun mətbuat xidmətinin işçiləri 3-4 müxtəlif yerdə çalışdığından media üçün əlçatmazdılar. Amma bu idman qurğusunda kirayədə olan “Keşlə”nin mətbuat katibi Səbuhi Məmmədovda müəyyən məlumatlar var. Onun dediyinə görə, stadionun qazonunun dəyişilməsi planlaşdırılır. Lakin dəqiq tarix bəlli deyil.