Milli komanda
Millimizin bosniyalılarla matçının vaxtı və yeri açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bosn…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bosniya və Herseqovina ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovina yığmasının Zenitsa şəhərindəki təlim-məşq mərkəzində olacaq. Bu barədə Bosniya və Heseqovina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Rəşad Sadıqovun komandası noyabrın 15-də daha bir yoxlama oyunuı keçirəcək. U-21 saat 20:00-da, “Dalğa Arena”da Ukrayna millisi ilə qarşılaşacaq.