Dünya futbolu
İstanbul derbisindən öncə azarkeş öldü
Futbol üzrə Türkiyə Super Liqasının 11-ci turu ç?…
Futbol üzrə Türkiyə Super Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “Qalatasaray” – “Fənərbaxça” oyunundan öncə faciə baş verib.
Futbolinfo.az xəbər verir ki, “Türk Telekom Arena”ya təşrif buyuran qonaq komandanın azarkeşlərindən birinin tribunada halı pisləşib. Dərhal xəstəxanaya götürülən fanatın həyatını xilas etmək mümkün olmayıb. Onun ürəktutmasından öldüyü bildirilir.
Derbi iştirakçıları bu faciəyə biganə qalmayıblar. Həm “Fənərbaxça”, həm də “Qalatasaray” klubu mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, 4 qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.