Dünya futbolu
Avropa nəhəngləri UEFA-dan çıxır
Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyir.
…
Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, bu ideyanın tərəfdarları arasında bir sıra top-klublar yer alıb. Layihəyə əsasən, Avropanın 11 klubu UEFA-nın tərkibindən çıxaraq, Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu "11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.
Super Liqanın yaradıcıları Almaniyanın "Bavariya”, İspaniyanın "Real Madrid”, "Barselona”, İtaliyanın "Yuventus”, "Milan”, İngiltərənin "Arsenal”, "Çesli”, "Mançester Yunayted”, "Mançester Siti”, "Liverpul” və Fransanın RSJ komandaları olacaq.
İspaniyanın "Atletiko”, Almaniyanın "Borussiya” (Dortmund), Fransanın "Olimpik” (Marsel), İtaliyanın "İnter” və "Roma” klubları isə qonaq statusu ilə yarışa qatılacaq.
Qeyd edək ki, klubların yaxın gələcəkdə bəyanatla çıxış edəcəkləri bildirilir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”