Dünya futbolu
Het-trik etdi, tarixə düşdü
“Napoli”nin İtaliya A Seriyasının 11-ci turunda “…
“Napoli”nin İtaliya A Seriyasının 11-ci turunda “Empoli”ni 5:1 hesabıyla məğlub etdiyi oyun, Dris Mertens üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, sözügedən oyunda 3 qol vuran forvard, İtaliya çempionatlarının ən məhsuldar belçikalı futbolçusu olub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
31 yaşlı hücumçu A Seriyası tarixində 75 qol vurmağa nail olub.
Mertens 2013-cü ildə PSV klubundan “Napoli”yə transfer edilib.
Belçikalı futbolçu cari mövsümdə A Seriyasında 11 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”