Dünya futbolu
Əsgərovdan daha bir qol, komandasından darmadağın
Futbol üzrə Latviya Birinci Liqasında 24-cü turun oyunlar?…
Futbol üzrə Latviya Birinci Liqasında 24-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Çempionatın ilkin mərhələsini lider kimi başa vuran sözügedən klub indi elitaya çıxmaq üçün ilk “dördlük”də yer alan digər üç klubla final mərhələsində mübarizə aparır. “Dauqavpils”in bu mərhələdəki ikinci rəqibi “dördlüy”ün ikincisi “Super Nova” olub. Lakin futbolçumuzun komandası ən yaxın izləyicisini də böyük hesabla məğlub edib – 4:0.
Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 88-ci dəqiqədə əvəzlənib. Həmin dəqiqədə baş hakim onu sarı vərəqə ilə də cəzalandırıb.
Komandasının bu oyunda vurduğu qollardan birinə də Vüqar imza atıb. O, 59-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 31-ə çatdırıb.
“Dauqavpils” 24 turdan sonra 64 xalla birinci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza