Dünya futbolu
Erat oynadı, komandası səfərdə 1 xal qazandı
Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 16-cı…
Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 16-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Köln “Viktoriya”sı ilə qarşılaşıb. Eratın komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Ştralen” geridə qalan turlarda 21 xal toplayıb və 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib