Dünya futbolu
“Qarabağ”ın rəqibindən inamlı qələbə
Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunlar?…
Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Vorskla” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Lvov” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Ağdam klubunun rəqibi 14 oyundan sonra 24 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda keçirib və 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 8-də Ukraynada baş tutacaq.