Ölkə futbolu
Rüfət Dadaşov yenidən millidə
Almaniya 3-cü Liqa təmsilçisi “Proyssen”in fu…
Almaniya 3-cü Liqa təmsilçisi “Proyssen”in futbolçusu Rüfət Dadaşov növbəti dəfə Azərbaycan millisinə çağırılıb. Almaniya mətbuatının yaydığı xəbərə görə, yığmamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə görüşlər üçün 27 yaşlı hücumçuya dəvət göndərib.
Millimiz noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək. Komandamız noyabrın 20-si isə Kosovonun qonağı olacaq.
Xatırladaq ki, Dadaşov bundan əvvəl UEFA Millətlər Liqasında oktyabrda keçirilən Farer adaları ilə səfər və Malta ilə ev oyununa çağırılmışdı.