Müsahibə
Fəhmin Muradbəyli: “Oyunumuz alınmasa da, uduzmadıq”
“Səbail”in yarımmüdafiəçisi Fəhmin Muradb?…
“Səbail”in yarımmüdafiəçisi Fəhmin Muradbəylinin futbolinfo.az saytına müsahibəsi:
– “Zirə” ilə 1:1-lik heç-heçədən razısız?
– Oyunun ağır keçəcəyini bilirdik. “Zirə” bizə qarşı oyuna çox yaxşı hazırlaşmışdı. Düzdü, matç istədiyimiz kimi keçmədi. Nəticəyə gəlincə isə oyunumuz alınmasa da, uduzmadıq.
– Oyundan sonra baş məşqçiniz dedi ki, komanda 1 xal qazandı. Razısan?
– Baş məşqçimiz elə deyibsə, deməli, bir bildiyi var.
– Komandanızın “Zirə”yə qarşı oyununu heç də yüksək qiymətləndirmək olmaz. Daha çox müdafiəyə diqqət edirdiniz…
– Ola bilər ki, bəzi oyunlar istədiyimiz kimi alınmasın. Vəziyyətdən asılı olaraq meydanda çıxış edirsən. Vəziyyət müdafiəni tələb edirsə, hamı çəkinmədən müdafiəyə kömək etməlidi. Komandamız üçün nə daha düzgündürsə, onu da yerinə yetirməliyik.
– Ötən mövsümlə müqayisədə büdcə artıb, hədəflər nədi?
– Rəhbərlik hər il komandanın daha yaxşı oynaması üçün əlindən gələni edir. Bizim də hədəfimiz avrokuboklarda oynamaqdı. Bunun üçün də nə lazımdırsa, edəcəyik.
– Çempionatın səviyyəsi düşdükcə mübarizə zəifləyir. Ümumiyyətlə, bu mənzərə futbolçuları üzmür?
– Məncə, elə ciddi fərq yoxdu. Ötən il də 8 komanda var idi, bu il də eynidi.
– Son 2 oyunda qırmızı vərəqə almısınız. Bunlar nə dərəcədə komandaya təsir edəcək?
– Hər iki qırmızı vərəqə oyun epizodunda olub. Olmasasaydı, daha yaxşı olardı, amma daha o qırmızıları almışıq.
– Qarşıda sizi mövsümün debütantı, amma çətin rəqiblərdən biri “Sabah”la oyun gözləyir. Qalib gəlmək mümkün olacaq?
– Çalışacağıq ki, qalib gələk. “Zirə” ilə matçı unudub bütün fikrimizi “Sabah”la qarşılaşmaya yönəltmişik. Düşünürəm ki, uda bilərik.
FƏRİD
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq