Dünya futbolu
Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
Çexiyanın futbol üzrə gənclər liqasında 14-cü tu…
Çexiyanın futbol üzrə gənclər liqasında 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Pribram”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.
Komandasının qollarından ikisinə məhz Fərid imza atıb. O, hesab 1:2 olarkən 61-ci dəqiqədə bərabərlik, 68-də isə komandasının qələbə qolunu vurub.
“Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq