Dünya futbolu
Rusiyada Azərbaycan derbisi: Əliyev 34, Şeydayev 20 dəqiqə oynadı
Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları…
Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası – “Ufa” ilə üz-üzə gəlib. Samara təmsilçisi bu oyunda 2:1 hesablı qələbəyə sevinib.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Əliyev matçın 56-cı, Şeydayev isə 70-ci dəqiqəsində meydana buraxılıb.
“Krılya Sovetov” 13 turdan sonra 14 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Ufa” isə 11 xalla 15-cidi.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq