Dünya futbolu
Dəniz Yılmazın komandası Ozan Canı məyus etdi
Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” bu turda U-21 yığmamızın üzvü Ozan Can Kökçünün komandasını – “Girəsunspor”u qəbul edib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Paytaxt klubu ev oyunundan qalib ayrılıb – 1:0.
Dəniz bu görüşün 90-cı dəqiqəsində meydana buraxılıb. Ozan isə start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
11 turdan sonra “Gənclərbirliyi” 31 xalla liderdi. “Girəsunspor” isə 14 xalla 9-cudu.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Dünya futbolu2024-04-19 17:27
“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib