Dünya futbolu
“Monako” darmadağın oldu, “Qalatasaray”la “Liverpul” uduzdu
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhəl…
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
"Qalatasaray" səfərdə "Şalke" ilə üz-üzə gəlib. Bu komandalar arasında Türkiyədə baş tutan ilk matç qolsuz bərabərliklə başa çatmışdı. Almaniyadakı görüşdə isə almanlar inamlı qələbəyə seviniblər.
Günün mərkəzi qarşılaşması İtaliyada olub. "İnter" öz meydanında "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi 3-cü tur matçında rəqibini 2:0 hesabı ilə üstələmişdi. Milandakı görüşdə isə tərəflər heç-heçəyə razılaşıblar.
Maraqla gözlənilən digər görüşdə "Napoli" PSJ ilə üz-üzə gəlib. Komandalar arasında Fransada oynanılan ilk matçda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Elə cavab görüşündə də qalib müəyyənləşməyib.
"Liverpul" səfərdə "Srvena Zvezda"ya məğlub olub. "Monako" isə "Brügge" ilə ev oyununda darmadağına üzülüb.
Madrid "Atletiko"su da Dortmund "Borussiya"sını 2 cavabsız qolla məğlub edib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
6 noyabr
A qrupu
Monako (Fransa) – Brügge (Belçika) 0:4
Qol: Vanaken, 12; 17-pen. Uesli, 24. Vormer, 85.
Aletiko (Madrid, İspaniya) – Borussiya (Dortmund, Almaniya) 2:0
Qol: Saul, 33. Qrizman, 80.
B qrupu
İnter (İtaliya) – Barselona (İspaniya) 1:1
Qol: İkardi, 87 – Malkom, 83.
Tottenhem (İngiltərə) – PSV (Eyndhoven, Hollandiya) 2:1
Qol: Keyn, 78; 89 – De Yonq, 2.
C qrupu
Srvena Zvezda (Serbiya) – Liverpul (İngiltərə) 2:0
Qol: Pavkov, 22; 29.
Napoli (İtaliya) – PSJ (Fransa) 1:1
Qol: İnsinye, 63-pen – Bernat, 45.
D qrupu
Şalke (Almaniya) – Qalatasaray (Türkiyə) 2:0
Qol: Burqstaller, 4. Ut, 57.
Portu (Portuqaliya) – Lokomotiv (Moskva, Rusiya) 4:1
Qol: Herrera, 2. Mareqa, 42. Korona, 67. Otavio, 90 – Farfan, 59.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq