Dünya futbolu
A Seriyasında baş məşqçi istefası
İtaliyanın “Empoli” baş məşqçisi Aurelio Andre…
İtaliyanın “Empoli” baş məşqçisi Aurelio Andreatsoli ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, cari mövsümdə yalnız 1 qələbəsi olan A Seriyası təmsilçisi italiyalı mütəxəssisi istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda komandanın yeni baş məşqçisinin kim olacağı isə açıqlanmayıb.
Ötən mövsümdə B Seriyasında çıxış edən “Empoli” 2017-ci ilin dekabrından Aurelioya tapşırılmışdı. Komanda 42 turdan sonra 85 xal toplayaraq A Seriyasına yüksəlmişdi.
“Empoli” cari mövsümdə A Seriyasında 11 turdan sonra 6 xalla 18-ci pillədə yer alıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 12:27
AFFA Tovuza elə bir hakim göndərib ki…
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq