Dünya futbolu
“Qarabağ”ın rəqibi ciddi itki ilə üzləşdi
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki r…
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Rodriqo Battalya Portuqaliya çempionatının 9-cu turunda səfərdə "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sağ dizinin ön çarpaz bağları qopan Battalya bu gün əməliyyat olunacaq və bir neçə ay sağalma prosesi keçdikdən sonra yaşıl meydanlara qayıdacaq. 27 yaşlı futbolçu noyabrın 29-da Avropa Liqasının 5-ci turunda “Qarabağ”la Bakıda keçirəcəkləri görüşü buraxmalı olacaq.
"Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabondakı qarşılaşmada 2:0 hesabıyla qələbə qazanıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq