Ölkə futbolu
“Qəbələ” Almaniya çempionu ilə qarşılaşacaq
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət …
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” sabah meydana çıxacaq. Baş məşqçi Emin İmaməliyevin yetirmələri 2-ci mərhələnin ilk oyununda qüvvəsini sınayacaq. Komanda Almaniya çempionu “Herta” ilə qarşılaşacaq. Berlin klubu ilə ilk görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə üç həftə sonra – noyabrın 28-də Belində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.
Xatırladaq ki, “Qəbələ” I mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.
UEFA Gənclər Liqası, Çempionlar yolu
II mərhələ, ilk oyun
7 noyabr
17:00. Qəbələ – Herta
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan).
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro).
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan).
Qəbələ şəhər stadionu.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq