Ölkə futbolu
“Topaz”: İlk tirajın qalibləri hədiyyələrini aldı – VİDEO
Azərbaycanın ilk və yeganə mərc oyunları operatoru olan "To…
Azərbaycanın ilk və yeganə mərc oyunları operatoru olan "Topaz"ın "10-dan hədiyyə qazan" stimullaşdırıcı lotereyasının ilk tirajının qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.
Baş mükafat – "Hyundai Accent" avtomobilinə Həsənqulu Məmmədov sahib çıxıb. Qazandığı avtomobil qalibə "Topaz" rəsmilərinin iştirakı ilə "Hyundai" salonunda təqdim olunub. Əsas mükafatla yanaşı, 2 və 3-cü dərəcəli uduşlar da sahiblərinə verilib. 11 ədəd "Samsung Galaxy S9" və eyni sayda "Playstation 4 Slim " öz sahiblərinə təqdim edilib.
"10-dan hədiyyə qazan" stimullaşdırıcı lotereyası ilin sonuna qədər davam edəcək. Növbəti tirajlar noyabrın 26-sı və dekabrın 24-də olacaq. Siz də şanslı qaliblərdən olmaq istəyirsizsə, vaxt itirmədən lotereyamıza qatılın! İlk tirajın qalibləri ilə bağlı "CBC Sport" telekanalında efirə gedən videosujeti təqdim edirik: