Dünya futbolu
Hamşik “Napoli”nin tarixinə düşdü
Futbol üzrə UEFA Çempionlar Liqasının 4-cü turunda…
Futbol üzrə UEFA Çempionlar Liqasının 4-cü turunda PSJ ilə keçirilən oyun İtaliyanın “Napoli” klubunun üzvü Marek Hamşik üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyun slovakiyalı yarımmüdafiəçinin “Napoli” forması ilə 512-ci matçı olub.
Bu isə klub üçün yeni rekord hesab edilir. Hamşik buna qədər “Napoli” forması ilə 511 oyuna çıxan Cüzeppe Bruskolottini qabaqlayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2007-ci ildən Neapol təmsilçisində çıxış edir.