Ölkə futbolu
Qara Qarayev: “Uğur qazanmaq üçün heç bir maneə yoxdu”
“Bizi sabah çox çətin oyun gözləyir. Uğur …
“Bizi sabah çox çətin oyun gözləyir. Uğur qazanmaq üçün heç bir maneə yoxdur. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Bu, bizdən güc tələb edir. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, daha yaxşı nəticə əldə edə bilərik"
Futbolinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
"İstər milli, istərsə də klubdakı qrafikin sıx olması işimizlə bağlıdır. Qrafik nə qədər sıx olsa, daha yaxşıdır. Bunu tez-tez dilə gətirmək bizi daha çox yorur. İşimizin mahiyyətini başa düşürük. Bu fikri yaxın buraxmamağa çalışırıq. Sabahkı oyun həqiqətən də çox vacibdir. Bakıda da rəqibə ciddi müqavimət göstərdik. Düşünürəm ki, sabah fiziki və mental cəhətdən daha güclü "Qarabağ" görəcəksiniz" – deyə o bildirib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu