Ölkə futbolu
Almeydalı “Astana”dan Avroliqada qələbə – VİDEO
Qazaxıstanın “Astana” klubu futbol üzrə Avropa Liq…
Qazaxıstanın “Astana” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində dördüncü oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu klub doğma meydanda Çexiya təmsilçisi “Yablonets”lə qarşılaşıb.
Futbolçumuzun komandası ilk oyunda heç-heçəyə (1:1) razılaşdığı bu rəqibinə evdə qalib gəlməyi bacarıb – 2:1.
Almeyda da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 71-ci dəqiqədə əvəzlənib.
“Astana” 4 turdan sonra 8 xalla yer aldığı K qrupunda liderdi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var