Ölkə futbolu
“Qarabağ”ın “Vorskla” ilə oyunu yarıda dayandırıldı
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasınd…
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukraynanın “Vorskla” klubu ilə səfər oyunu yarıda dayandırılıb.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 65-ci dəqiqəsində matçın İsveçrədən olan baş hakimi Sandro Şörer hər iki komandanın futbolçularını paltardəyişmə otağına göndərib. Buna stadiona toplaşan yerli azarkeşlərin meydana yad əşyalar atması, eləcə də pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
Qeyd edək ki, ikinci hissənin əvvəlində də oxşar səbəbdən hakim oyunu qısa müddətə dayandırmışdı. Lakin fanatların öz hərəkətlərindən əl çəkməməsi isveçrəli referini oyunu yarıda saxlamaq məcburiyyətində qoydu.
Arenada bir neçə dəfə azarkeşlərə xəbərdarlıq olunandan – təxminən 5-6 dəqiqəlik fasilədən sonra komandalar yenidən meydana çıxıblar və hakim oyunu davam etdirib.
“Qarabağ” hazırda 1:0 hesabıyla öndədi. Yeganə qolu 13-cü dəqiqədə penaltidən Araz Abdullayev vurub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq