Premyer-liqa
Roberto Bordin: “Bir az qorxduq”
“Neftçi”nin baş məşqçisi Roberto Bordin P…
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla bitən oyundan sonra bunları söyləyib:
– Bu gün son anlara qədər sərt oyun alındı. Hər iki komanda qələbə qazanmağa çalışdı. Sonuncu yerə layiq olmayan rəqiblə qarşılaşırdıq. Üzücü hal odur ki, hesabda öndə olsaq da, bunu qoruya bilmədik.
– "Neftçi”nin müdafiə xəttinin zəif olması bu gün də özünü göstərdi. Zədələnən Kiril Petrov gələn tur olmasa, vəziyyətiniz necə olacaq?
– Son oyunda Anton Krivorsuk – Slavko Braliç cütlüyü yaxşı çıxış etmişdi. Petrov öz oyunu ilə gənclərə dəstək verir, komandaya kömək edir. Anton və Braliç də pis çıxış etmədilər.
– Elədirsə, Anton Krivotsyukun ehtiyatda qalmasının səbəbi nə idi?
– Bu nə sualdır? Sualın məntiqini başa düşə bilmədim. Heyət bir gün öncə məşqdən sonra müəyyən edilir. Bu, futboldur. Bu dəfə Braliçə üstünlük verdik. Taktiki seçim idi.
– Rəqibin heyətində xüsusi fərqləndirə biləcəyiniz oyunçu var?
– Fərdi cəhətdən kimisə fərqləndirə bilmərəm. Komanda oyunu göstərirdilər. Hətta hesab 2:2 olarkən də əks-hücumdan qol vura bilərdilər.
– Baxışda olan futbolçu ilə müqavilə imzalanacaq?
– Bu haqda danışmaq üçün tezdir. Normal oyunçudur. Amma qərar vermək erkəndir.
– Köməkçiniz Füzuli Məmmədovun durumu necədir?
– Vəziyyəti yaxşıdır. Bu gün bir az qorxduq. Həm köməkçi-məşqçimə, həm də "Zirə”nin qapıçısına görə qorxduq. Oyunda belə gərginlik yarandı.