Premyer-liqa
Mirabdulla Abbasov: “Qalib də gələ bilərdik, uduza da”
“Neftçi”nin futbolçusu Mirabdulla Abbasov To…
“Neftçi”nin futbolçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu (2:2) şərh edib.
Futbolinfo.az xəbər verir ki, hücumçu klubun rəsmi saytına açıqlamasında qol vurduğu üçün sevindiyini, amma bu qolun komandasına qələbə qazandırmamasına üzüldüyünü deyib:
“Hesabda iki dəfə önə çıxsaq da, qol buraxdıq. Qalib də gələ bilərdik, uduza da. Ona görə də iki xal itirdiyimizi deyə bilmərəm. Çətin olacağını bilirdim. Çünki "Zirə”nin oyunlarını görmüşdüm. Rəqib sonuncu pillədə olmasına baxmayaraq, yaxşı oyun göstərir. Qol vurduğum üçün sevinirəm. Amma bu qolun komandamıza qələbə qazandırmamasına üzülürəm. Artıq qarşıdakı görüşləri düşünməliyik. Çalışacağıq hər oyunda maksimum nəticə qazanaq ki, rəqiblərlə xal fərqini qoruyaq”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı