Dünya futbolu
Dadaşovdan Almaniyada növbəti qol
Futbol üzrə Almaniya 3-cü Liqasında 15-ci turun oyunları …
Futbol üzrə Almaniya 3-cü Liqasında 15-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda “Zonnenhof Qrossaşpax”la qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Komandasının yeganə qolunu da Dadaşov vurub. Millimizin forvardı 54-cü dəqiqədə fərqlənib. Bu, onun 15-ci oyunda 7-ci qolu olub.
Dadaşovun komandası 15 turdan sonra 26 xalla 2-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”