Dünya futbolu
Mançester derbisində 4 qol, “Çelsi”dən xal itkisi
Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vur…
Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.
“Liverpul” bu turda “Fulhem”i, “Çelsi” isə “Everton”u qəbul edib. "Qırmızılar" növbəti qələbəsini qazandığı halda, "zadəganlar" xal itkisi ilə üzləşiblər.
Londonun digər təmsilçisi, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Arsenal" da "Vulverhempton"la ev oyununda xal itirib.
Turun mərkəzi görüşü isə Mançesterdə baş tutub. "Mançester Siti" öz meydanında "Mançester Yunayted"lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
İngiltərə Premyer Liqası
12-ci tur
10 noyabr
Kardiff Siti – Brayton 2:1
Qol: Paterson, 28. Bamba, 90 – Dank, 6.
Sauthempton – Uotford 1:1
Qol: Qabbyadini, 20 – Holebas, 82.
Nyukasl – Bornmut 2:1
Qol: Rondon, 7; 40 – Lerma, 45.
Haddersfild – Vest Hem 1:1
Qol: Pritçard, 6 – Anderson, 74.
Lester – Bernli 0:0
Kristal Pelas – Tottenhem 0:1
Qol: Foyt, 66.
11 noyabr
Çelsi – Everton 0:0
Liverpul – Fulhem 2:0
Qol: Salah, 41. Şaqiri, 53.
Arsenal – Vulverhempton 1:1
Qol: Mxitaryan, 86 – Kavalyero, 13.
Mançester Siti – Mançester Yunayted 3:1
Qol: D.Silva, 12. Aquero, 48. İ.Gündoğan, 86 – Marsyal, 58-pen.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq