Premyer-liqa
“Zirə”nin 75-ci səfəri
“Zirə” tarixində 75-ci səfər oyununu keçirib.
…
“Zirə” tarixində 75-ci səfər oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “Neftçi” ilə Azərbaycan Premyer Liqasının 11-ci turunun 8-ci km stadionundakı qarşılaşması “qartallar”ın bütün turnirlərdə keçirdiyi yubiley oyunu olub. ”Zirə” Premyer Liqada 52, 1-ci divizionda 15, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 dəfə rəqib meydanına çıxıb.
“Neftçi” ilə görüşdəki 2:2 hesablı bərabərlik səfər oyunlarında əldə edilən 20-ci heç-heçə olub. Bunlardan 17-si Premyer Liqa, 3-ü 1-ci diviziona təsadüf edib.
“Zirə” rəqib meydanlarında ən çox – 4 dəfə “Neftçi” ilə "sülh bağlayıb". Ümumilikdə 11 rəqibin meydanından 1 xalla dönən “qartallar”, “Keşlə”, “Kəpəz” və “Qəbələ” ilə 3 dəfə heç-heçə edib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı