Müsahibə
Mirabdulla Abbasov: “Saytlar yazdığı üçün milliyə dəvət gözləyirdim”
“Neftçi”nin hücumçusu Mirabdulla Abbaso…
“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov futbol üzrə Azərbaycan yığmasının heyətinə dəvət alması ilə əlaqədar futbolinfo.az saytının suallarını cavablandırıb:
– Milliyə dəvət alacağını gözləyirdin?
– Əvvəlcədən saytlar bu barədə yazırdı. Buna görə də gözləyirdim ki, dəvət alacam. Ona görə də sevindirici oldu.
– Millidə möhkəmlənmək çətin olmayacaq?
– Əlimdən gələni edəcəm ki, uğurlu çıxış edim. Komandamıza kömək etməyə hər an hazıram.
– Əsas heyətdə yer alacağına inanırsan?
– Onu zaman göstərər. Məşqlərdə əlimdən gələni edəcəm, bu yolda çalışacam. İnanıram ki, istəyimə nail ola biləcəm.
– Qarşıda Farer adaları ilə oyun var…
– Bu oyunda qələbədən başqa çıxış yolumuz yoxdu. Uduzmaq və ya heç-heçə bizə sərf etmir. Bu səbəbdən də ancaq 3 xal əldə etməliyik.
– Kosovo ilə matçı final adlandıra bilərik…
– Demək olar ki, final Kosovoda olacaq.
– Farer adaları qrupda ən asan məğlub etdiyimiz rəqibdi…
– Asan rəqib yoxdu. Hər oyun çətin keçəcək. Ümid edirəm ki, Kosovo Malta ilə oyunda xal itirər. Biz də Bakıda qalib gələrik.
– “Neftçi”də qolları sıralayırsan. Millidə bu nə qədər mümkün olacaq?
– Vaxt lazımdı. Hər şeyi gələcək göstərəcək. Oynayacağım halda ilk fikrim komandanın uğurudu. Komandama kömək etmək üçün qol vurmağa çalışacam, əlimdən gələni edəcəm.
CAVAD
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı